METBUAT.AZ

Ölkə

Mehriban Məmmədovaya yüksək vəzifə verildi -

13 May 2024 15:42

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.


metbuat.az.