9 May 2024 17:22
Rusiyalı reper Oksimiron (əsl adı Miron Fyodorov) axtarışa verilib
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyi müvafiq qərar qəbul edib.
Xarici agent kimi tanınan reperin adı ölkənin Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil edilib.
Buna səbəb reperin sosial media hesablarında ordunu gözdən salan video yayımlamasına və silməməsi olub.
Qeyd edək ki, 2023-cü ilin yanvarında isə o, ictimai çağırışlara görə 70 min rubl cərimə olunub.