1 May 2024 10:12
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu azaldıb.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın pul siyasəti ilə bağlı qərarında bildirilib.
Qeyd edilib ki, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%).
Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.