METBUAT.AZ

İqtisadiyyat

Mərkəzi Bankdan dollarla bağlı

23 May 2024 12:50

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

Bu barədə Metbuat.az-a AMB-dən məlumat verilib. Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib:

"Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub".

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.


metbuat.az.