29 May 2024 14:16
Xəbər verdiyimiz kimi, Sadiq Cabir oğlu Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinə sədr təyin edilib.
Metbuat.az onun dosyesini təqdim edir:
Qeyd edək ki, S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.