17 May 2024 21:24
İtkin düşən və bu günlərdə Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın ailəsinə daha bir itki üz verib.
Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, Könül Ağayevanın nənəsi Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, Könül Ağayeva bu il martın 2-də itkin düşmüşdü. Mayın 14-də Könülün meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkar edilib. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.