24 May 2024 15:47
“Azərbaycanda vakansiyalarda təklif edilən 500-800 əmək haqqı məbləği real vəziyyətə uyğun deyil”.
Bunu Metbuat.az-a iqtisadçı Rauf Qarayev deyib. O hesab edir ki, əmək haqqı 1000 manatdan aşağı ola bilməz:
“Ölkədə bununla bağlı ciddi addımlar atılmalıdır. Biz Avropada ən aşağı maaş olan ölkələr sırasındayıq. Bəzi işə götürənlər, ümumiyyətlə əmək haqqı məbləğini vakansiyalarda qeyd etmirlər. Buna səbəb kimi tələblərin yüksək olması göstərilir. Yəni, bu tələblər əsasında onların verəcəyi əmək haqqı reallığı əks etdirmir. Bəzi iş yerlərində nahar üçün verilən əlavə ödənişlər isə heç dönər almağa kifayət edəcək qədər deyil. Marketlərdə gündə 5-10 qəpik qiymət artımı var. İnflyasiya isə 3-5 faiz qeyd olunur. Hazırda bazarda mövcud inflyasiya rəqəmləri ilə işçilərə verilən əmək haqqı bir-bir ilə tərs mütənasibdir.
İqtisadçı qeyd edib ki, bu səbəbdən minimum əmək haqqının 490 -500 manata qədər yüksəldilməsi daha məqsədəuyğun olardı”.
Gülbəniz Hüseynli / Metbuat.az