METBUAT.AZ

Siyasət

Moskva Kiyev ilə danışıqlara bu şərtlə razılaşıb -

23 May 2024 11:32

“Rusiya Ankaranın vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara getməyə razıdır”.

Metbuat.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ukrayna Xarkov istiqamətində Rusiyanın hücumlarını dayandıra bilib:

“ABŞ - dən verilən silahlar Xarkov cəbhəsində Ukrayna qüvvələrinin döyüş aktivliyinə müsbət təsir edir. Xarkov şəhərinin işğal edilmə ehtimalı qismən aradan qalxıb. Buna baxmayaraq Rusiya hücumlarını intensiv şəkildə müxtəlif istiqamətlərdə davam etdirir. Rusiya tərəfi sülh danışıqlarında maraqlı olduğunu, İstanbul razılaşması əsasında atəşkəsə gedə biləcəyini bildirir. Kreml Ukrayna ilə ikitərəfli danışıqlarda maraqlıdır”.

Politoloq qeyd edib ki, Moskva ABŞ və Avropanın verdiyi silahların Rusiya üçün ciddi itkilər yaradacağının fərqindədir:

“Bildirim ki, Moskva Türkiyəyə vasitəçilik etməsini, Kiyevlə İstanbulda danışıqlar üçün hazır olduğunu bildirib. Yaxın müddətdə Türkiyə nümayəndə heyətinin Kiyevə səfər edəcəyi gözlənilir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.