METBUAT.AZ

İdman

Mourinyo Türkiyə klubuna razılıq verib -

19 May 2024 10:47

“Beşiktaş” klubunun vitse-prezidenti Hüseyin Yücel portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə danışıqlardan danışıb.

Metbuat.az xəbər verir ki, funksioner məşhur məşqçi ilə görüşdüyünü qeyd edib. “Təxminən bir ay əvvəl İstanbulda Joze Mourinyo ilə tanış oldum və onu “Beşiktaş”da görmək istədiyimi, klubumuza uyğun olduğunu söylədim. Joze Mourinyo təklifdən sonra vəziyyəti dəyərləndirəcəyini bildirib. "Beşiktaş"ı izləyəcək və mənimlə əlaqə saxlayacaq.

Mourinyo bir müddət sonra yenidən zəng edib və gəlməyə razılaşıb. Gələn həftə İtaliyada başqa bir görüşüm var. O, “Beşiktaş”da çalışmaq istədiyini də bildirib. Biz J. Mourinyonun iqtisadi gözləntilərini qarşıladıq və sponsorluq dəstəyi üzərində də işləyirik. Biz rəqəmləri uyğunlaşdırmağa hazırıq. Mourinyo ilə bağlı məsələyə direktorlar şurasında baxacağıq. Gələn həftə sonuncu görüşü İtaliyada keçirəcəyik”, - deyə Yücel bildirib.


metbuat.az.