17 May 2024 09:54
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bu gün də bahalaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,27 ABŞ dolları, yaxud 0,32 % artaraq 84,21 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 83,93 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.