METBUAT.AZ

İdman

Nuri Şahin tarixi klubun baş məşqçisi ola bilər

17 May 2024 14:12

Adı "Beşiktaş"la hallanan Nuri Şahinin "Feyenoord"un baş məşqçi namizədlərindən olduğu iddia edilib.

Metbuat.az xəbər verir ki, Hollandiyanın “AD” qəzetindəki xəbərdə Arne Slotun klubdan ayrılmasından sonra “Borussiya Dortmund” klubunun texniki komandasında olan Nuri Şahinin Rotterdam komandasına keçə biləcəyi bildirilib. Xəbərin təfərrüatında “Feyenoord”un həftələrdir Nuri Şahinlə bağlı məlumat topladığı, lakin klubun onunla müqavilə bağlamağa tələsmədiyi bildirilib. Xəbərdə "Feyenoord"un çalışdırıcı ilə bağlı ehtiyatlı davrandığı, həmçinin "Borussiya Dortmund"un Nuri Şahinin gedişinə icazə verib-verməyəcəyinin də bəlli olmadığı qeyd edilib.

Nuri Şahin futbolçu karyerası ərzində 2007-08 mövsümündə icarə əsasında "Feyenoord"da çıxış edib.


metbuat.az.