METBUAT.AZ

Gündəm

Öldürülən tələbə ilə bu tarixdən dərslərə getməyib -

15 May 2024 12:48

Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb.

Könül Ağayevanın oxuduğu Pedaqoji Universitetinin Cəlilabad filialından Metbuat.az-a bildirilib ki, tələbə 16 fevraldan dərslərə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb:

Tələbə yanvarda imtahanlarda iştirak edib. Lakin imtahanlardan sonra - ikinci semestrdə dərsə gəlməyib artıq. 4 dənə kəsri var idi, alt qrupda oturmalı idi. İkinci semestr başlayandan - 16 fevraldan bu tələbə ilə əlaqə saxlaya bimədik. Dərslərdə də qaib yazılırdı".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.