2 May 2024 13:49
2024-cü il may ayının 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 2% və ya 400.5 milyon manat azalaraq 19 milyard 995.9 milyon manata enib.
Metbuat.az xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4.2% və ya 879.3 milyon manat azalıb, son 1 ildə isə 13.5% və ya 2 milyard 386 milyon manat artıb.