METBUAT.AZ

Ölkə

Ölüm xəbəri yayılan yazıçı Murad həyata qayıtdı -

11 May 2024 09:21

Azərbaycanlı yazıçı Murad Muradov həyata qayıdıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu barədə onun dostları məlumat verib. Onlar feysbukda dostlarının sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əksik etməmələrini istəyiblər.

Qeyd edək ki, Muradın vəfatıyla bağlı yazar İlham Əziz məlumat yaymışdı.

Milli.Az report-a istinadən xəbər verir ki, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".


metbuat.az.