20 May 2024 18:04
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərın sayı məlum olub.
Metbuat.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilər barədə məlumatlar aşağıdakı kimidir:
- zabit və gizir qadın hərbi qulluqçular – 321 nəfər;
- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular – 1667 nəfər;
- qadın mülki işçilər ‐ 10029 nəfər;
- rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular ‐ 11 nəfər;
- rəhbər vəzifədə çalışan qadın mülki işçilər – 3 nəfər.