METBUAT.AZ

Ölkə

Ordumuzun hərbçisi faciəvi şəkildə

27 May 2024 16:48

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Metbuat.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.


metbuat.az.