METBUAT.AZ

Ölkə

Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? -

30 May 2024 09:09

Paytaxtda həftənin bazar günləri parklanma yerləri ödənişsizdir. Bu qayda bayram günlərində də bu yanaşma tətbiq edilə bilərmi?

Metbuat.az xəbər verir ki, bayram günlərində də bazar günü olduğu kimi parklanma yerlərinin əksəriyyəti boş olur. Amma bu qayda bayram günlərin üçün keçərli deyil. Sürücülər adi günlərdə olduğu kimi ödəniş edirlər.

Ekspertlər hesab edirlər ki, parklanma yerlərini bayram günlərində də ödənişsiz etmək olar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Hazırda ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək saxlanılması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan 07:00-dək və həftənin bazar günləri də parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində isə parklanmaya görə ödəniş tələb olunur. Lakin parklanma yerlərinin bayram günlərində pulsuz olması məsələsi hələ ki gündəmdə deyil.

Daha ətraflı süjetdə "Xəzər Xəbər"in süjetində:




metbuat.az.