METBUAT.AZ

Dünya

Paşinyan onlar tərəfindən öldürüləcək -

16 May 2024 15:59

Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də, KQB (Rusiya Federal Təhlükəsizlik Xidməti – red.) onu öldürəcək.

Metbuat.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın “Tseqakron” partiyasının rəhbəri Şant Arutyunyan çıxış edib.

Ş.Arutyunyan baş nazirin Rusiyaya son səfərinə diqqət çəkib:

“Nikol Moskvaya getdi. Putin dedi, sən qanuni şəkildə seçilmiş lidersən, get, nə istəyirsən et. Əslində, Paşinyan hələ 2021-ci ildə vəzifədən gedəcəkdi. Lakin ABŞ və Fransa buna mane oldular. Ümumiyyətlə, son mərhələ onun öldürülməsidir. KQB Nikol Paşinyanı öldürəcək. Onun hakimiyyətdə qalması, yaxud uzaqlaşdırılmasının fərqi yoxdur. Bu, baş verəcək”.


metbuat.az.