29 May 2024 12:11
"Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır".
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər gün sülh sazişinin imzalanması üçün əla fürsətdir:
Sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var.