METBUAT.AZ

Dünya

Paşinyanın postuna o gələcək -

10 May 2024 15:21

"Ermənistanda müvəqqəti hökümət olacaq, 1 illik. Bu müddətdə bəzi problemlər həll ediləcək. Bundan sonra isə ədalətli seçki keçirmək mümkün olacaq".

Metbuat.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O deyib ki, “Vətən naminə Tavuş” hərəkatından Baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır:

"Həqiqətən də, bu dövr üçün ən uyğun namizəd bu şəxsdir. Qalstanyan bütün bu prosesi məntiqli şəkildə idarə edəcək”.

Qeyd edək ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Etirazlar hazırda davam edir.


metbuat.az.