METBUAT.AZ

İdman

Premyer Liqada gümüş və bürünc

25 May 2024 09:16

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turuna start veriləcək.

Metbuat.az xəbər verir ki, XXXVI turun ilk günündə üç oyun baş tutacaq.

Bürünc və gümüş mükafatlar uğrunda mübarizə aparan komandaların iştirakı ilə keçiriləcək görüşlər eyni vaxtda başlayacaq. Ötən mövsümü ilk “üçlük”də başa vuran “Sabah”la “Neftçi” sonuncuların meydanında qarşılaşacaq.

Daha bir paytaxt derbisi Zirədə baş tutacaq. Eyniadlı komanda “Səbail”i qəbul edəcək. “Sumqayıt” isə Premyer Liqanı tərk edəcəyi öncədən rəsmiləşən “Qəbələ” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXVI tur
25 may (şənbə)

19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

1

Qarabağ

35

26

4

5

95-35

82

2

Neftçi

35

16

8

11

51-39

56

3

Zirə

35

15

10

10

32-22

55

4

Sabah

35

16

7

12

49-40

55

5

Sumqayıt

35

14

12

9

36-38

54

6

Turan Tovuz

35

12

9

14

52-53

45

7

Səbail

35

11

9

15

50-59

42

8

Kəpəz

35

9

8

18

39-66

35

9

Araz-Naxçıvan

35

9

8

18

29-48

35

10

Qəbələ

35

7

5

23

30-63

26

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 19 qol, Aleksandr Ramalinqom ("Səbail") - 15 qol, Yassin Benzia ("Qarabağ") - 12 qol, Nəriman Axundzadə ("Qarabağ") - 12 qol.


metbuat.az.