24 May 2024 15:53
Xəbər verdiyimiz kimi, Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.
Metbuat.az Prezidentə məruzə edən general-mayor Vüsal Sultanov haqqında məlumatları təqdim edir:
Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib.