METBUAT.AZ

İdman

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi

30 May 2024 00:29

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" kollektivləri qarşılaşıb.

93:29 hesablı qələbə qazanan birincilər yarışın qalibi olub.

Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.


metbuat.az.