METBUAT.AZ

İdman

“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu

26 May 2024 21:20

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu oyununa start verilib.

Metbuat.az xəbər verir ki, XXXVI turun son oyununda “Araz-Naxçıvan” “Qarabağ” komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün çempionu olub.

Ağdam təmsilçisi tarixində 11-ci dəfə Azərbaycan çempionatını qazanıb.

“Zirə” cari mövsümü 2-ci, “Sabah” 3-cü, “Sumqayıt” komandası isə 4-cü yerdə başa vurub.


metbuat.az.