17 May 2024 10:03
Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” klubları "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade ilə maraqlanırlar.
Metbuat.az bildirir ki, bununla bağlı Portuqaliyanın “A Bola” nəşri yazıb. İddiaya görə, hər iki İstanbul təmsilçisi oyunçu üçün təklif göndərsə də, "Qarabağ" futbolçunu satmaq istəmir.
Andrade ilə həmçinin 3 Rusiya klubunun da maraqlandığı bildirilib.
Xatırladaq ki, Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.