METBUAT.AZ

İdman

"Qarabağ"ın ulduzu rus klubuna doğru -

29 May 2024 10:26

Rusiyanın "Dinamo Moskva" klubunun əsas qapıçı hədəfi "Qarabağ"dan Andrey Lunyovu almaqdır.

Metbuat.az bildirir ki, bu iddia ilə Rusiya millisinin və Lunyovun keçmiş nümayəndəsi Anton Smirnov çıxış edib. O, özünün sosial şəbəkə hesabında yazıb ki, hazırda Lunyovla klub arasında danışıqlar gedir:

"Lunyon "Dinamo"nun qapıçı namizədləri arasında birinci yerdədir".

Qeyd edək ki, Lunyov ötən mövsüm “Qarabağ”ın heyətində 32 oyun keçirib, onun müqaviləsi gələn ay başa çatır.


metbuat.az.