METBUAT.AZ

İdman

“Qarabağ” – “Zirə” oyununun biletləri

22 May 2024 14:55

Azərbaycan kubokunun final oyununun biletlərinin satış tarixi məlum olub.

Metbuat.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri mayın 25-dən etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qeyd edək ki, iyunun 2-də keçiriləcək matç saat 20:00-da başlayacaq.


metbuat.az.