METBUAT.AZ

Mədəniyyət

Qarpız yeməyə getdim, yerimə işıqçını çəkdilər -

31 May 2024 14:16

Xalq artisti Rasim Balayev "Nəsimi" filmi ilə bağlı yeni məqamları ilk dəfə açıqlayıb.

Metbuat.az bildirir ki, aktyor bununla bağlı "Zarafat bir yana" verilişində danışıb. Rasim Balayev deyib ki, Nəsiminin dərisinin soyulduğu səhnədə özü yox, işıqçı oynayıb:

"Özbəkistanın Urgənc şəhəri var. Orada bir meydan var. Yəni qədim, tarixi binalardır. O meydanın yanında isə bazar vardı. 50 dərəcə isti idi. Dedilər ki, bazara qarpız gətiriblər.

Bizdə qarpızın kiloqramı 50, orada isə 5 qəpik idi. Qumun üstündə bitən qarpızlar sərin və şirin olur. Yığışdıq getdik qarpız yeməyə. "Nəsimi" filminin rejissoru Həsən Seyidbəylinin şəkər xəstəliyi vardı. Səbirsiz insan idi. Soruşmuşdu ki, Rasim Balayev haradadır? Demişdilər ki, gedib bazara, qarpız yeməyə. Ona bazara getdiyimizi deməmişdik. Rəhmətlik Rasim İsmayılov görüb ki, Həsən hirslənir. Deyib ki, problem deyil, işıqçı Rüstəm var. Onun ayağını qoyub çəkərik. Filmə elə onun da ayağını çəkiblər".


metbuat.az.