METBUAT.AZ

İqtisadiyyat

Qızıl almaq istəyənlərin nəzərinə:

31 May 2024 15:33

“İnflyasiya aşağı düşdükcə, faiz dərəcələri də aşağı salınacaq. Əgər faiz dərəcələri aşağı düşərsə, bu, qızılın qiymətinə artırıcı təsir göstərə bilər”.

Bunu Metbuat.az-a iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, qızılın indiki qiymət səviyyəsi faizlərdən, inflyasiyadan daha çox geosiyasi risklərdən formalaşır.

“Qərb və Rusiya arasında münasibətlər, Yaxın Şərqdəki vəziyyət, İranla digər dövlətlərin münasibətləri qarşısında qızılın qiyməti yüksələ bilər. Siyasi sferada sabitlik müşahidə edilərsə, qiymətli metalın qiyməti aşağı düşəcək. Risklər aşağı düşdükcə, qızılın qiymətinə təsir edir”.

İqtisadçı qeyd edib ki, qızılın qiymətində müşahidə edilən qiymət yüksəlişi risklərlə əlaqəlidir:

Xatırladaq ki, 27 may tarixidinə Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,38% artaraq 2 365.80 olub.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.