METBUAT.AZ

Ölkə

Qubadlıya köçün tarixi

16 May 2024 15:57

Qubadlı rayonuna ilk köçün nə vaxt baş tutacağı məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır".


metbuat.az.