METBUAT.AZ

İdman

Qurban Qurbanov Premyer Liqaya dair iki təklif irəli sürdü

6 May 2024 20:34

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyir.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdardır. Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq.

“Şöhrət” ordenli çalışdırıcı bu qənaətdədir ki, çempionatın inkişafı iştirakçı sayının artırılmasından və onlara ayrılacaq büdcədən asılıdır.


metbuat.az.