METBUAT.AZ

İdman

Qurbanovu istəyən “Beşiktaş” gözlənilməz seçim etdi

2 May 2024 09:45

Almaniyada olan "Beşiktaş"ın prezidenti Həsən Arat alman məşqçi Hansi Fliklə müzakirə aparıb.

Metbuat.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal matçlarını izləmək üçün Almaniyaya gedən Arat, “Bayern Münhen” - “Real Madrid” matçını izlədikdən sonra alman məşqçi Hansi Fliklə görüşüb. “A Spor”un xəbərinə görə, “Beşiktaş” rəhbərliyinin əcnəbi məşqçilər siyahısında ilk sırada Hansi Flikin olduğu və Aratın Fliklə fikir mübadiləsi apardığı qeyd edilib. Həmçinin, digər yarımfinal matçı “Borussia Dortmund” - PSJ matçını izləyən Həsən Arat burada Nuri Şahinlə də görüşüb. “Beşiktaş” “Borussia Dortmund”un məşqçilər heyətində yer alan Nuri Şahinin xidmətində də maraqlıdır.

Qeyd edək ki, “Beşiktaş”ın məşqçi namizədləri arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var. İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür bununla bağlı açıqlama vermişdi.


metbuat.az.