21 May 2024 10:58
"Real" ciddi itki ilə üzləşib
Metbuat.az xəbər verir ki, komandanın fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu Çempionlar Liqasının finalında "Borussiya" (Dortmund) ilə keçiriləcək matçında iştirak etməyəcək.
Qeyd edək ki, iyunun 1-də keçiriləcək "Borussiya" - "Real" matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.