9 May 2024 01:05
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Metbuat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) doğma meydanda Almaniyanın "Bavariya" klubunu qəbul edib.
Görüş "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.
Qarşılaşmada hesabı qonaqlar açıb. 68-ci dəqiqədə Alfonso Deyvis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişib. 88 və 90 + 1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.
Münxendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.
Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya" (Dortmund) kollektivinə rəqib olub
Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.