METBUAT.AZ

İdman

"Real Madrid"in ulduzu doğma meydanda son oyununa çıxdı -

26 May 2024 15:52

Çempion "Real Madrid" La Liqanın 38-ci, eyni zamanda son turunda "Real Betis"lə 0:0 hesablı heç-heçə edib. Madrid təmsilçisinin ulduz futbolçusu Toni Kroos sonuncu dəfə "Santyaqo Bernabeu"da çıxış edib və azarkeşlərlə vidalaşıb.

Metbuat.az xəbər verir ki, Real Madridin alman ulduzu Toni Kroos sonuncu dəfə Santiaqo Bernabeuda meydana çıxıb. Alman futbolçu oyunun son matçında meydanın ən yaxşı oyunçusu seçilib. "Real Madrid" azarkeşləri və Kroosun komanda yoldaşları ulduz futbolçu üçün möhtəşəm vida mərasimi təşkil edib.

Qeyd edək ki, Toni Kroos yayda keçiriləcək AVRO 2024 turnirindən sonra karyerasını bitirəcəyini açıqlamışdı.


metbuat.az.