20 May 2024 15:09
İran prezidenti İbrahim Rəisi Məşhəd şəhərində dəfn ediləcək.
Metbuat.az bildirir ki, türk mediasına bu iddia ilə çıxış edib. İddiaya görə, cənazə Təbrizdən Tehrana gətiriləcək. Paytaxtda dövlətin rəsmiləri və İran xalqı Rəisi ilə vidalaşacaq və o, Məşhəddə dəfn olunacaq.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.