METBUAT.AZ

Dünya

Rəisini o əvəz edəcək - FOTO

20 May 2024 09:48

İranın birinci vitse-prezidenti Məhəmməd Mokhber seçkilər keçirilənə qədər İslam Respublikasına rəhbərlik edəcək.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

Telekanal bildirir ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin vəfat etdiyi təqdirdə onun səlahiyyətlərini ölkə rəhbərliyinin təsdiqi ilə birinci vitse-prezident icra edəcək. Yeni prezident ən geci 50 gün ərzində seçilməlidir.


metbuat.az.