METBUAT.AZ

Dünya

Rəisinin dəfn tarixi və yeri

20 May 2024 12:19

Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış əməliyyatları dayandırılıb.


metbuat.az.