METBUAT.AZ

İdman

Ronaldo "Qızıl buts" mükafatını qazandı

31 May 2024 03:28

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Qızıl buts" mükafatını qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, portuqaliyalı oyunçu bu mükafatı Səudiyyə Ərəbistanı Pro Liqasının bombardiri kimi əldə edib.

Belə ki, futbolçu çempionatda 35 qol vurub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro-Liqasının 2023/2024 mövsümünün nəticələrinə görə, "Ən-Nəsr" 82 xalla ikinci yeri tutub.


metbuat.az.