METBUAT.AZ

Dünya

Rusiya nümayəndə heyəti Rəisinin dəfnində

21 May 2024 16:34

"Rusiya nümayəndə heyəti İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etməyi planlaşdırmır".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildiirb ki, Rəisinin dəfn mərasimində beynəlxalq iştirak nəzərdə tutulmayıb. Bu səbəbdən Rusiya nümayəndə heyəti orada iştirak etməyi planlaşdırmır.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Sabah Tehranda onlarla vida mərasimi keçiriləcək.


metbuat.az.