METBUAT.AZ

Dünya

Rusiyanın hərbi xidmət keçməmiş yeni müdafiə naziri -

13 May 2024 09:34

Xəbər verdiyimiz kimi, Andrey Belousov Rusiyanın yeni müdafiə naziri təyin edilib.

Metbuat.az onun haqqında faktları təqdim edir:

Belousov 1959-cu ildə Moskvada doğulub. O, Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə təhsil alıb və 1981-ci ildə fərqlənmə diplomu ilə məzun olub. 1986-cı ilə qədər Riyaziyyat İnstitutunda köməkçi araşdırmaçı kimi çalışıb.

1991-ci ildən 2006-cı ilə qədər Rusiya Elmlər Akademiyasında İqtisadi Proqnozlar İnstitutunda laboratoriya rəhbəri kimi çalışıb.

O, 2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, 2012-ci ildən isə iqtisadi inkişaf və ticarət naziri olub. 2020-ci ildən bu ilə qədər isə baş nazir M. Mişustinin müavini olub.

"Politico" nəşri Andrey Belousovu Rusiya lideri Vladimir Putinin xələflərindən biri hesab edir.

Hərbi keçmişi olmayan Andrey Belousovun müdafiə naziri təyin edilməsi müzakirələrə səbəb olub. Bəzi ekspertlər bu qərarın ordudakı yeyintilərin qarşısını almaq üçün verildiyini bildirirlər.

Müzakirələrə cavab olaraq Kremlin sözcüsü Dmitri Peksov deyib ki, Müdafiə Nazirliyi yeniliklərə və qabaqcıl ideyalara açıq olmalıdır:

"Putin qərar verdi ki, Rusiya Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməlidir".


metbuat.az.