METBUAT.AZ

Hadisə

Sabiq tabor komandiri

22 May 2024 12:15

Bakı Hərbi Məhkəməsində rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən N saylı hərbi hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mətbuat.az-ın məlumatına görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, E. Əliyev 5 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, E. Əliyev cinayət məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham olunub. O, məhkəmə istintaqı dövründə azadlıqda olub.



metbuat.az.