6 May 2024 18:55
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.
Qurumdan Metbuat.az-a verilən məlumata görə, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinləri düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb.
Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.