24 May 2024 21:08
Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 23-də Ankarada 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsərkən çəkilən fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.
Metbuat.az xəbər verir ki, AZƏRTAC mükafatı alıb Vətənə qayıdan Sərvər Bəşirli ilə həmsöhbət olub.
Təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən S.Bəşirli mərasimdə qardaş ölkənin nümayəndəsi kimi təqdim edildiyi zaman çox həyəcanlandığını bildirib. Mükafatı təqdim edən zaman Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyini xatırladan S.Bəşirli qardaş ölkədə olan zaman hər kəsin ona doğma şəxs kimi davrandığını dilə gətirib. O, zəlzələ zamanı yardım daşıdığı maşını yadigar olaraq daim saxlayacağını qeyd edib.