6 May 2024 14:23
Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonu Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonu Muğangəncəli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basıdırılmışdı.
Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.