15 May 2024 19:19
Slovakiya baş naziri Robert Fitsoya atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.
Metbuat.az xəbər verir ki, o, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır. Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.
Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.
Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.