METBUAT.AZ

Ölkə

SOCAR-ın xarici investisiya layihələrində iştirakı müzakirə olundu

24 May 2024 22:42

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsini təsdiq edib.

Metbuat.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Bildirilir ki, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə şirkətin 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, həmçinin şirkətin ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib.

İclasda, həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


metbuat.az.