2 May 2024 11:39
2024-cü ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 9,5% artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Beləliklə, ötən ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 440,4 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 482,0 manat təşkil edib.