METBUAT.AZ

Ölkə

Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi

21 May 2024 22:43

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır.


metbuat.az.