METBUAT.AZ

Sosial

Şuşada "ASAN xidmət" mərkəzi nə vaxt açılacaq? -

24 May 2024 14:38

"Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yeni “ASAN xidmət” mərkəzlərinin inşası əas prioritetdir. Ən qısa zamanda Şuşada "ASAN xidmət" mərkəzinin açılmağı planlaşdırılır".

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, aparılan təhlillər, proqnozlaşdırılan müraciət sayı, əhali sıxlığı nəzərə alınaraq, Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyən edilib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.